qanunedalet.com.az
http://qanunedalet.com.az

İran XİN həmin səfirləri çağırdı

12-09-2024, 19:53

iran-xin-hemin-sefirleri-cagirdi


İran Xarici İşlər Nazirliyi Böyük Britaniya, Fransa, Niderland və Almaniya səfirlərini öz ölkələrinin İrandan Rusiyaya hərbi yardım göstərməsi ilə bağlı bəyanatlarından sonra çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mizan” agentliyi məlumat yayıb.

“Bəzi Avropa ölkələrinin qeyri-konstruktiv bəyanatlarından sonra Böyük Britaniya, Fransa, Niderland və Almaniyanın Tehrandakı səfirliklərinin rəhbərləri Xarici İşlər Nazirliyinə çağırılıb”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, sentyabrın 2-də “Bloomberg” Tehranın yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırdığını yazıb. Məqalə müəlliflərinin fikrincə, Rusiya bu mərmilərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə hazırlaşır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031