qanunedalet.com.az
http://qanunedalet.com.az

“Bu, Ermənistanın təhlükəsizliyinə mənfi təsir edəcək”

11-09-2024, 20:00

bu-ermenistanin-tehlukesizliyine-menfi-tesir-edecek


“Ermənistan parlamentinin spikeri Alen Simonyan öz ölkəsinin Baş nazirinin açıqlamalarını diqqətlə izləmir”.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. 

O, çıxışı zamanı Alen Simonyanın Ermənistan rəhbərliyinin Türkiyə və İranla sərhəddə rusiyalı sərhədçilərin mövcudluğuna zərurəti nəzərdən keçirməli olduğu barədə açıqlamasına münasibət bildirib. 

Zaxarovanın sözlərinə görə, Ermənistandakı Rusiya sərhəd qoşunlarının statusunu tənzimləyən əsas sənəd müddətsiz xarakter daşıyır: “Artıq 30 ildən çoxdur ki, rusiyalı sərhədçilər Ermənistan Respublikasının sərhədlərini qoruyur və öz mövcudluqlarına tələbatın olduğunu, xüsusən də qanunsuz sərhəd keçmənin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaqla dəfələrlə təsdiqləyiblər”.

O vurğulayıb ki, rusiyalı sərhədçilərin Ermənistan ərazisindən getməsi respublikanın təhlükəsizliyinə mənfi təsir edəcək. 

Zaxarova, həmçinin əlavə edib ki, Ermənistan parlamentinin sədri bu cür məsələləri müzakirə etmək üçün kifayət qədər səriştəyə malik deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728