qanunedalet.com.az
http://qanunedalet.com.az

Xankəndidə yeni seçki məntəqəsi yaradıldı

12-08-2024, 20:39


xankendide-yeni-secki-menteqesi-yaradildi

“122 saylı Xankəndi seçki dairəsinin 15 saylı seçki məntəqəsi yeni yaradılıb. Seçki Məntəqəsi Kərkicahan qəsəbəsində yerləşir”.
Bunu “Seçki 2024”  Müstəqil Media Mərkəzinə açıqlamasında 122 saylı Xankəndi Seçki Dairəsinin 15 saylı Məntəqə Seçki Komissiyasının sədri Qəzənfər Əliyev deyib.
 O bildirib ki, seçki Məntəqəmiz Xankəndi şəhərinin bir hissəsini və Kərkicahan qəsəbəsini əhatə edir. Məntəqə Seçki Komissiyası üzvlərinin treninqlərdə iştirakı təmin olunur. Seçici siyahısı ilə bağlı son dəqiqləşmələr aparılır. Təbii ki, bizim məntəqə yeni yaradıldığı üçün və işğaldan azad edilmiş ərazidə yerləşdiyi üçün məsuliyyətimiz ikiqatdır. Eyni zamanda qürurvericidir ki, 30 ildən artıq müddətdən sonra azad edilmiş Xankəndidə Azərbaycanın Milli Məclisinə seçkilər baş tutur”, - deyə Q.Əliyev əlavə edib.   






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728