qanunedalet.com.az
http://qanunedalet.com.az

Mirzoyan Azərbaycan və Türkiyə ilə münasibətlərdən danışdı

16-07-2024, 21:09

mirzoyan-azerbaycan-ve-turkiye-ile-munasibetlerden-danisdi



“Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesində fəal iştirak edir”.
Bunu ölkənin xarici işləri naziri Ararat Mirzoyan Nyu-Yorkda keçirilən Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində çıxışı zamanı deyib.

Nazir Türkiyə ilə münasibətlərin tam nizamlanması üçün bütün səylərin səfərbər olduğunu da qeyd edib.

“Ermənistan Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədinin delimitasiyası prinsipinə əsaslanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin bağlanması prosesində səmimiyyətlə iştirak edir.

Bu proses uğurla yekunlaşarsa, şübhəsiz ki, diplomatik münasibətlərə, sərhədlərin açılmasına və regiona müsbət təsir göstərəcək”, -Mirzoyan bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728