qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu ölkə fransız dilindən imtina etdi

1-05-2024, 14:52

Bu ölkə fransız dilindən imtina etdi

Seneqal rəsmi dil olaraq fransız dilindən imtina edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 1960-cı ildə Fransa müstəmləkəçiliyindən azad olan Seneqal ərəb dilini alternativ rəsmi dil olaraq qəbul edib.

Seneqal hökumətinin müvafiq qərarı Nazirlər Kabinetinin iclasından sonra qəbul olunub.

Bu qərar Seneqalda baş verən siyasi dəyişikliklərin fonunda misilsiz addım olaraq qiymətləndirilib. Belə ki, aprelin əvvəlində ölkənin yeni seçilmiş prezidenti Bassiru Diomay Fay Fransa hərbçilərinin Seneqalı tərk etməsini tələb edib.


Seneqal prezidenti, həmçinin, Parislə bütün əvvəlki sazişlərin yenidən gözdən keçirilməli olduğunu bildirib. O, bunu Seneqalın daha çox siyasi və iqtisadi azadlıq əldə etmək istəyi ilə əsaslandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031