qanunedalet.com.az
http://qanunedalet.com.az

ADY-nin sədri Türkiyədə keçirilən dəyirmi masada iştirak edib

26-01-2024, 19:44

ADY-nin sədri Türkiyədə keçirilən dəyirmi masada iştirak edib

26 yanvarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Türkiyənin Ankara şəhərində baş tutan “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası çərçivəsində keçirilən dəyirmi masada iştirak edib.

Trend xəbər verir ki, dəyirmi masada marşrut üzrə ötən il ərzində qarşıya çıxan çətinliklər, əldə olunmuş nailiyyətlər, eləcə də növbəti illər ərzində marşrutun səmərəliliyinin artırılması ilə bağlı birgə atılacaq addımlar, xüsusən də Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb.

Həmçinin tədbirdə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Orta Dəhliz üzrə aparılmış tədqiqatın nəticələri və ondan irəli gələn tövsiyələri barədə məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30