Xəzərdə duzsuzlaşdırma zavodu üzrə saziş imzalandı

Xəzər dənizində duzsuzlaşdırma zavodunun tikintisi üzrə Dövlət-Özəl Tərəfdaşlıq sazişi imzalanıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Xəzər dənizi suyu duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və saxlanmasına dair Dövlət-Özəl Tərəfdaşlıq Sazişi imzalanıb.
Sazişi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və ACWA Power şirkətinin baş icraçı direktoru Marco Arcelli imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: