qanunedalet.com.az
http://qanunedalet.com.az

“Azərbaycanda ət qiymətləri yüksəkdir”

12-09-2025, 21:02

azerbaycanda-et-qiymetleri-yuksekdir

“Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün keçirilən komitə iclasında deyib.

“Buna səbəb odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür”, - deyə komitə sədri qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930