Bu marşrutun hərəkət sxemi dəyişdirilir

10 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 10 nömrəli marşrutun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: