qanunedalet.com.az
http://qanunedalet.com.az

Kompensasiyaların verilməsinin son müddəti açıqlandı

9-04-2025, 19:52

kompensasiyalarin-verilmesinin-son-muddeti-aciqlandi


Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətlər üzrə fiziki şəxslərə (sahibkarlar istisna olmaqla) kompensasiyaların verilməsinin son müddətləri barədə bildiriş yayıb.

ADIF-dan “Qafqazinfo”ya verilən məlumata görə, LPO “Atabank” ASC və “Amrahbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 8 may 2025-ci il tarixdə, LPO “NBC Bank” ASC və “AGBank” ASC-də isə bu müddət 17 may 2025-ci tarixdə bitir. 

Həmin tarixdən sonra məbləğ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.

Qeyd edilən müddət və tarixləri nəzərə alaraq LPO “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə bugünədək qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930