qanunedalet.com.az
http://qanunedalet.com.az

“Fevralın 15-dən su təchizatı ilə bağlı layihənin icrasına başlanılır”

30-01-2025, 18:53

fevralin-15-den-su-techizati-ile-bagli-layihenin-icrasina-baslanilir

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi prosesləri sürətləndirməlidir. Bizim işimiz bu qurumla əlaqəlidir. Yanvarın 16-dan etibarən bu quruma müvafiq sənədlər təqdim olunub, lakin hələlik tam cavab verilməyib. Yeni qaydalara əsasən, bir ay müddətində istehlakçıların tələblərinə cavab verilməli və texniki şərtlər təmin olunmalıdır ki, su təchizatı şəbəkəsinə qoşulmada bürokratiya ortaya çıxmasın”.
Bu fikirləri Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov Bakıda keçirilən “Su şəbəkəsinə qoşulma” İşçi Qrupunun mətbuat konfransında deyib.
O əlavə edib ki, fevralın 15-dən etibarən ölkənin su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanacaq:

“Layihə çərçivəsində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq genişləndirilib və aidiyyəti qurumlar prosesə fəal şəkildə qoşulub. Görülən işlər nəticəsində ciddi irəliləyiş əldə olunub və layihənin icrası tam gücü ilə davam etdiriləcək. Eyni zamanda, ADSEA layihənin həyata keçirilməsi çərçivəsində su şəbəkəsinə qoşulma qaydaları ilə bağlı təqdimat keçirməyi planlaşdırır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728