qanunedalet.com.az
http://qanunedalet.com.az

Bakıda kanalizasiya kollektorlarının inşası ilə bağlı dövlət proqramı qəbul olunacaq

30-01-2025, 18:49

bakida-kanalizasiya-kollektorlarinin-insasi-ile-bagli-dovlet-proqrami-qebul-olunacaq

“Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələr hazırlanıb və müvafiq qurumlara təqdim olunub”.
Bunu “Su şəbəkəsinə qoşulma” İşçi Qrupun iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov deyib.

O qeyd edib ki, bu məsələ birbaşa Prezidentin diqqətindədir: “Yaxın zamanlarda bu layihələrin icrası, yəni böyük tunellərin və kanalizasiya kollektorlarının inşası ilə bağlı dövlət proqramı qəbul olunacaq. Artıq bu istiqamətdə Prezidentin tapşırıqları verilib və yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problemlər olmayacaq.

Ümumiyyətlə, bəzi problemlər mövcuddur. Bu problemlər əsasən mərkəzləşmiş sistemin olmadığı yerlərdə yaranır. Belə ki, sahibkarlar üçün bu sistemə qoşulmaq mümkün olmur. Bu da təbiidir, çünki istehsalçılar bu gün sudan istifadə edirlər, lakin mərkəzləşmiş sistemə qoşula bilmirlər. Bunun əvəzinə, model tipli qurğulardan istifadə edərək hələlik öz bizneslərini inkişaf etdirə bilirlər. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən hər hansı bir dəstək, kömək və ya tövsiyə lazım olarsa, biz hər zaman hazırıq və bu məsələləri həll etməyə çalışırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728