qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu istiqamətlərdə sıxlığı aradan qaldırmaq üçün tədbirlər görüləcək

10-01-2025, 13:37

bu-istiqametlerde-sixligi-aradan-qaldirmaq-ucun-tedbirler-gorulecek


“Sumqayıt, Xırdalan və Masazır istiqamətindən “20 Yanvar” metro stansiyası ətrafına axın səbəbilə yaranan sıxlıq problemi uzun müddətdir şəhər nəqliyyatını narahat edən məsələdir”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar”a dair keçirilən brifinqdə deyib. 

“Burda qanunsuz daşımalar problemin yaranmasına şərait yaradır. Ona görə də Sumqayıt istiqaməti üzrə bizim 594 və 595 saylı marşrutlarımız fəaliyyət göstərir. Gün ərzində hər iki marşrutla 12 minə yaxın sərnişin daşınır. Bu yalnız Sumqayıt üzrə gedən marşrutlarda daşınan sərnişinlərin sayıdır. Yeni 508 saylı marşrut Saray istiqamətində sərnişindaşıma ilə məşğul olur. 1 həftə ərzində artıq sərnişin sayı 6 mini keçib.

Görünən odur ki, bu istiqamətdə gedən sərnişinlərin sayı daha çoxdur və buna görə də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Buna dəmir yolunun inkişaf etdirilməsi də aiddir. Yol qovşaqları, yeni yolların inşası da bu tədbirlər sırasındadır”, - deyə nazir müavini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728