qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycan Sənaye Korporasiyası ləğv edildi

27-12-2024, 17:55

azerbaycan-senaye-korporasiyasi-legv-edildi


Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:

“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti;

“Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin və onun tabeliyindəki digər müəssisələrin ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktlarda dəyişiklik edilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin və onun tabeliyindəki digər müəssisələrin əmlakı ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30