qanunedalet.com.az
http://qanunedalet.com.az

Dövlət Xidmətində unun qiyməti müzakirə olundu

11-06-2024, 20:48


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində un istehsalçıları ilə görüş keçirilib. 
Son vaxtlarda unun topdansatış qiymətlərində müşahidə olunan dalğalanmalar və unun istehlak bazarında strateji məhsul olması nəzərə alınaraq, dövlət-özəl dialoqu çərçivəsində müvafiq sahədə fəaliyyət göstərən iri sahibkarlıq subyektləri (“Karat Holdinq” MMC, “Karmen” MMC, fiziki şəxs Mirzəyev İskəndər, "ATS Mill" MMC, “Dəvəçi Dəyirman” MMC və s.) və onları təmsil edən assosiasiyalarla görüş keçirilib.

Görüşdə mövcud qiymət dinamikası, Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın mövcud qiymətləri və bu qiymətlərin daxili bazarda un qiymətləri ilə mütənasibliyi müzakirə edilib.

Tədbirdə qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasının vacibliyi vurğulanıb, cari ilin iyul ayının 1-dən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tələbləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, qeyd olunub ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031