qanunedalet.com.az
http://qanunedalet.com.az

Yanvar-mart aylarında Türkiyənin Qazaxıstana mebel ixracı 20 milyon dollara çatıb

12-04-2024, 21:00

Yanvar-mart aylarında Türkiyənin Qazaxıstana mebel ixracı 20 milyon dollara çatıb

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Qazaxıstana mebel, kağız və meşə məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 26,9 faiz artaraq, 18,7 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyə Qazaxıstana 8,4 milyon dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 44 faiz çoxdur", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına mebel, kağız və meşə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 1,2 faiz azalaraq, 1,9 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 678,7 milyon dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 10,5 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 8 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031