qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu il Türkiyənin Azərbaycana sement məhsulları ixracının həcmi açıqlanıb

11-04-2024, 12:01

Bu il Türkiyənin Azərbaycana sement məhsulları ixracının həcmi açıqlanıb

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Azərbaycana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalaraq, 12 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Azərbaycana 3,4 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 7,8 faiz azdır”, – deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,1 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 390 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728