Azərbaycan neftinin qiyməti dəyişməyib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti dəyişməyərək, 87,17 ABŞ dolları olub.
“Brent” markalı neftin may fyuçerslərinin qiyməti 85,43 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: