qanunedalet.com.az
http://qanunedalet.com.az

Sabah üç rayonda qaz kəsiləcək

14-03-2024, 20:55

Sabah üç rayonda qaz kəsiləcək

Sabah Göygöl, Şəmkir və Sabirabad rayonlarında qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, Göygöl rayonunun Yeni Qızılca kəndində fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi, Şəmkir rayonu ərazisində daşıyıcı yeraltı qaz xəttində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğvi, Sabirabad rayonunun kəndlərini təbii qazla təmin edən "Qaraqaşlı-Narlıq" yeraltı qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədi ilə martın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə Göygöl rayonunun Qızılca, Yeni Qızılca, Bəhrambəy, Sərkar və Haçaqaya kəndlərinin, Şəmkir rayonunun Kür, Səməd Vurğun qəsəbələrinin, Qapanlı, Yeni Abad kəndlərinin, eləcə də, Sabirabad rayonunun Həsənli, Balvar, Qaralı, Cavad, Zəngənə, Əlicanlı, Türkədi, Yolçubəyli, Narlıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728