Azərbaycanda elektrik enerjisinin kəsilməsinə əsas verən müddət müəyyənləşdi

Nazirlər Kabineti sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddətin müəyyən edilməsi haqqında qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, sözügedən müddət bir ay müəyyən edilib.
Qərar bu il yanvarın 1-dən tətbiq edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: