qanunedalet.com.az
http://qanunedalet.com.az

AYİB "AzərEnerji" üçün 30 milyon dollar kredit ayıracaq

27-02-2024, 22:14

AYİB "AzərEnerji" üçün 30 milyon dollar kredit ayıracaq


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökumətinə "AzərEnerji" ASC üçün nəzərdə tutulmuş təqribən 30 milyon dollar dəyərində suveren kredit ayıracaq.

Trend AYİB-ə istinadən xəbər verir ki, kredit sazişinin 2024-cü il mayın 1-də təsdiqlənəcəyi və Azərbaycanın bərpa olunan enerji mənbələrinin (BEM) inkişafı üzrə planlarının icrasına kömək göstərəcəyi gözlənilir.

Vəsait Azərbaycanda BEM-dən alınan enerjinin "axacağı" dörd yarımstansiyada armatur işləri üçün avtotransformator avadanlığının satın alınması üçün nəzərdə tutulub.

Kredit sazişi çərçivəsində borcalan qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi çıxış edəcək, layihə isə "AzərEnerji" tərəfindən həyata keçiriləcək.


"Layihə bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün Azərbaycanın enerji sisteminin çevikliyini artırmağa kömək edəcək. Layihənin uğurlu icrası ölkədə BEM layihələrinin inteqrasiyası üçün vacib olan şəbəkələrin möhkəmləndirilməsi üzrə gələcək layihələr üçün nümunə olaraq çıxış edəcək", - deyə AYİB-in məlumatında deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930