azfakt.az
http://azfakt.az

11 ədəd dezodarant oğurlayan şəxs 180 saat məcburi işləyəcək

3-01-2024, 15:08 Baxılıb: 2

11 ədəd dezodarant oğurlayan şəxs 180 saat məcburi işləyəcək

Səbail rayonu, Səməd Vurğun küçəsi 3 ünvanında yerləşən supermarketdən 11 ədəd dezodarant oğurlanıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1990-cı ildə Bakı şəhərində anadan olmuş Cavid (ad şərti) adlı şəxs tutulub. 


O, müştəri qismində marketə daxil olaraq, 11 ədəd dezodarantı geyiminin altında gizlədərək oğurluq edib. Təqsirləndirilən şəxs məhkəmədə etdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanı müəyyən müddətə ödəyəcəyini bildirib və barəsində yüngül cəza seçilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə Cavid İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati tənbeh olaraq 180 saat ictimai işlərə cəlb olunma təyin olunub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930