azfakt.az
http://azfakt.az

Üç ilə Qarabağa 14,6 milyard manat xərclənəcək

18-10-2024, 19:26 Baxılıb: 0

uc-ile-qarabaga-146-milyard-manat-xerclenecek



Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2025-2028-ci illərdə 14,612 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Açıqlanan “2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi” sənədinə əsasən, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 28,9 faiz təşkil edəcək.

Dövlət büdcəsinin əsaslı xərclərinin ortamüddətli dövrün sonuna 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyard 581,4 milyon manat və yaxud 23,3 faiz azalma ilə 11 milyard 794,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4 milyard manat vəsait nəzərdə tutulub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930