Azərbaycanda ölüm halları azalıb
Azərbaycanda ölüm halları azalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, bu ilin ilk iki ayında ölkədə 10395 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,2-yə düşüb.
Qeyd edək ki, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib. Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.