azfakt.az
http://azfakt.az

“Araz-Naxçıvan” – “Qəbələ” oyununda qalib müəyyənləşmədi

31-01-2024, 20:06 Baxılıb: 0

“Araz-Naxçıvan” – “Qəbələ” oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib.

Görüş qollu heç-heçə ilə başa çatıb – 1:1.

Hesabı 11-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Samuel Tette açıb. Meydan sahiblərindən isə Elvis Maşike 45+1-ci dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.


Günün son matçında “Neftçi” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, 1/4 finalın əvvəlki oyunlarında “Zirə” “Səbail”ə 2:1, “Qarabağ” isə “Sabah”a 7:1 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab qarşılaşmaları fevralın 8-9-da oynanılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930