qanunedalet.com.az
http://qanunedalet.com.az

“Qarabağ” oyunlarını bu stadionda keçirmək üçün müraciət etdi

16-04-2025, 18:49

qarabag-oyunlarini-bu-stadionda-kecirmek-ucun-muraciet-etdi

“Qarabağ” ev oyunlarının "Azərsun Arena"da keçirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Müraciətdə stadionda təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını “Azersun Arena”da qəbul etmək istədiyi bildirilib.

“Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun müraciətini müsbət qarşılayıb.

Beləliklə, 33-cü turun “Sumqayıt”la görüşündən etibarən (“Qarabağ” – “Sumqayıt”, 4 may saat 18:00) “Qarabağ” ev oyunlarını “Azersun Arena”da keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930