qanunedalet.com.az
http://qanunedalet.com.az

“Qalatasaray”ın avrokubok matçı təxirə salına bilər

20-02-2025, 19:02

qalatasarayin-avrokubok-matci-texire-salina-biler


Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçirilməli olan “Qalatasaray” – “AZ Alkmaar” matçı təxirə salına bilər.
Buna səbəb İstanbuldakı sərt və qarlı hava şəraitidir. 

Hazırda “Rams Park” stadionunda təmizlənmə işləri getsə də, vəziyyət ürəkaçan deyil. 

Meydanı hazır vəziyyətə gətirmək üçün işlər matç başlayanadək davam edəcək. İsitmə sistemi və işıqlar daim aktiv vəziyyətdə olacaq. Lakin Altay qar fırtınası oyunun gerçəkləşməsinə mane ola bilər. 

Qeyd edək ki, "Qalatasaray" - "AZ Alkmaar" oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də başlamalıdır. Komandalar arasında ilk matçda Niderland klubu 4:1 hesablı qələbə qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031