qanunedalet.com.az
http://qanunedalet.com.az

Millimizin üzvünə görə Türkiyə klubuna ağır cəza verildi

13-01-2025, 17:55

millimizin-uzvune-gore-turkiye-klubuna-agir-ceza-verildi

Türkiyənin “Hatayspor” klubuna transfer qadağası tətbiq edilib.

Bu barədə məlumat "Ajansspor" nəşri tərəfindən yayılıb.

Maraqlıdı ki, Hatay klubu bu qadağa ilə Azərbaycan yığmasının futbolçusuna görə üzləşib. 

Söhbət Renat Dadaşovdan gedir. Belə ki, klubun Dadaşova borcu qalıb. 

Bu səbəbdən “Hatayspor”a transfer qadağası tətbiq olunub. Bu qərardan narazı qalan hataylılar İdman Arbitraj Məhkəməsinə müraciət ediblər.

Qeyd edək ki, hazırda “Ankaragücü”nün formasını geyinən Renat Dadaşov 2023/2024 mövsümündə “Hatayspor”da oynayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728