qanunedalet.com.az
http://qanunedalet.com.az

Qızılcadan ölən tələbə ilə bağlı TƏBİB-dən AÇIQLAMA

4-01-2024, 19:27

Qızılcadan ölən tələbə ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib.
Rayonun Sabirabad kənd sakini bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
TƏBİB-dən verilən məlumata görə 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.
“Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq yanvarın 4-də saat 10:30 radələrində vəfat edib”, - deyə məlumatda bildirilib.
*** 17:09
Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.
Report xəbər verir ki, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728