qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanda qatar 25 yaşlı qadını vurub öldürdü

30-11-2023, 19:56

Azərbaycanda qatar 25 yaşlı qadını vurub öldürdü


Abşeron-Puta dəmiryolunda qatar qadını vurub.
Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Məlumata görə, hadisə bu gün saat 09:20-də baş verib. ADY-yə məxsus yol təmiri maşını (drezin) Abşeron-Puta mənzilində hərəkətdə olarkən təxminən 25 yaşlarında qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
“Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.
ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə keçməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728