qanunedalet.com.az
http://qanunedalet.com.az

Dənizin həbs müddəti uzadıldı - Bu dəfə eks-baş həkim şikayətçidir

18-08-2025, 18:59

denizin-hebs-muddeti-uzadildi

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəza müddəti daha 1 ay artırılıb.
Binəqədi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayət əsasında belə qərar çıxarıb.

Müğənni bu dəfə Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Mehparə Kazımovanı təhqir etməkdə və ona qarşı böhtan xarakterli məlumatlar yaymaqda təqsirli bilinib. Həkim iddia edir ki, müğənni onu vəzifə cinayətlərində ittiham edib. Həmin ittihamlar mediada yayılıb.

Hökmə əsasən, əvvəlki cəza ilə birləşdirilməklə Dəniz Əsədovaya ümumilikdə 8 ay həbs təyin edilib.

Müğənni baş həkimin ittihamlarını qəbul etmir, hökmdən apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, D.Əsədova bundan əvvəl də vəkillərdən birinin şikayəti əsasında məhkum olunmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031