qanunedalet.com.az
http://qanunedalet.com.az

6-cı cinayətindən bəraət aldı

Dünən, 19:05

6-ci-cinayetinden-beraet-aldi


Oğurluq və soyğunçuluğa görə beş dəfə məhkum edilmiş 37 yaşlı Əli Əkbərov (şərti) altıncı cinayətindən bəraət alıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əli hazırda digər cinayət işi ilə bağlı həbsdə cəzasını çəkir.

İndi bəhs etdiyimiz cinayət işi isə saxta pul əldə edib satmaq ittihamı ilə bağlı olub. İttihama əsasən, Əli köşklərin birindən üzərində “Etibarsızdır” yazılmış otuz ədəd 100 manatlıq suvenir əskinas alaraq, onlardan birinin üzərindəki yazını pozub və həmin saxta pulu köşkə təqdim edib. O, 4 manatlıq siqaret alıb və 96 manatı qalıq kimi götürüb.

Zərərçəkmiş köşkün sahibi ifadəsində deyib ki, dəymiş 100 manatlıq ziyan ödənilib və hazırda heç bir şikayəti yoxdur.

Müttəhim özü isə ittihamı qəbul etməyib, ümumiyyətlə, həmin köşkə getmədiyini, satıcını isə ilk dəfə istintaq zamanı gördüyünü deyib. Müdafiə tərəfi də onun təqsirsizliyini sübut edən arqumentlər təqdim edib.

Məhkəmə baxışı zamanı ittiham tərəfi müttəhimin təqsirini sübuta yetirə bilməyib. Abşeron Rayon Məhkəməsinin hakimi Xalid Kazımov təqsirləndirilən şəxsə bəraət verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031