qanunedalet.com.az
http://qanunedalet.com.az

DTX-nin həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşı haqda - Yeni qərar!

Dünən, 18:50

dtx-nin-hebs-etdiyi-dovlet-turizm-agentliyinin-emekdasi-haqda

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbsdə saxlanılma müddəti uzadılıb.

“Qafqazinfo”nun məlumatına görə, Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.

Məhkəmə iş üzrə əlavə sübutların toplanılmasının zəruriliyini nəzərə alaraq, Nicat Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılmasına qərar verib.

Qeyd edək ki, Nicat Hüseynov DTX tərəfindən AR Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir. Xatırladaq ki, 4 ay əvvəl Dövlət Turizm Agentliyində aşkarlanmış qanun pozuntuları ilə əlaqədar Agentliyin bir sıra vəzifəli şəxsləri vəzifələrindən uzaqlaşdırılıblar və qanunazidd əməllərlə bağlı DTX-də cinayət işi başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031