Şəkidə ağır qəza - Ölən və yaralananlar var
Şəkidə qəza baş verib, ölən var.
Hadisə saat 17:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.