qanunedalet.com.az
http://qanunedalet.com.az

Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar

18-07-2025, 21:12

bakida-quldurluq-ve-ogurluq-eden-sexsler-saxlaniliblar


Nəsimi rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. 

DİN-in mətbuat xidmətindən  bildirilib ki, bir qrup naməlum şəxs 24 yaşlı kişiyə fiziki zor tətbiq edərək mobil telefonunu talayıb. 

Əməli törətməkdə şübhəli bilinən 22 yaşlı M.Novruzlu və 40 yaşlı V.Hacıyev saxlanılıblar.

Həmçinin rayon ərazisində yerləşən bir gözəllik salonundan və bir marketdən oğurluqlar edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurulub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Bədəlov və 44 yaşlı E.Bilalov saxlanılıblar. 

Bundan başqa bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı M.Hüseynov da polis əməkdaşları tərəfindən saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930