qanunedalet.com.az
http://qanunedalet.com.az

Rusiya ordusu müqaviləsi başa çatan azərbaycanlını buraxmır

24-06-2025, 22:19

rusiya-ordusu-muqavilesi-basa-catan-azerbaycanlini-buraxmir

Rusiyada yaşayan Azərbaycan vətəndaşı Nesterov Vladislav Arifoviç problemlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, 2022-ci ildə Rusiya ordusu ilə bir illik müqavilə imzalayan Nesterov sözləşmənin müddəti başa çatsa da, tərxis edilmir.

Bu barədə saytımıza müraciət edən Bakıda anadan olan Vladislav Luqanskda Alçevsk şəhərində hərbi hissədə saxlanıldığını bildirib:

“2022-ci ildə həyat yoldaşımın səhhətində yaranan problemlə əlaqədar pula ehtiyacımız oldu. Bu səbəbdən Rusiya ordusu ilə 1 illik müqavilə imzaladım. 2023-cü ildə sözləşmənin müddəti başa çatsa da, məni buraxmırlar. Vəkillə danışmışam, müqaviləsi başa çatan hamıya eyni sözü deyirlər ki, siz hərbi məlumat daşıyırsız. Məni burada güclə saxlayıblar, 4 dəfə döyüşlərdə yaralanmışam. Yenə döyüşə aparmaq istəyirlər, amma mən getməyəcəm” 

Xanımı Marina Orçikovanın sözlərinə görə, yoldaşı döyüşlərdə bir neçə dəfə yaralanıb və ağciyəri zədələnib. Bununla yanaşı, Marina ərinin hepatitdən də əziyyət çəkdiyini vurğulayıb. Yoldaşının sərbəst buraxılmasına yardım göstərilməsini xahiş edən qadın Vladislav Nesterovun Bakıya qayıtmaq arzusunda olduğunu diqqətə çatdırıb.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu ünvanlamışıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031