Müştərinin başını pivə bakalı ilə yaraladı

Tovuz rayonunda çay evlərinin birində xanım ofisiantla müştəri arasında münaqişə baş verib.
Münaqişə zamanı ofisiant pivə bakalını müştəri E.Nağıyevin baş nahiyəsinə çırpıb.
Nəticədə sonuncu ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: