qanunedalet.com.az
http://qanunedalet.com.az

Taksi şirkəti 40 min cərimə edildi

15-05-2025, 18:54

taksi-sirketi-40-min-cerime-edildi

Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib.

“Qafqazinfo” Avtosfer.az-a istinadən xəbər verir ki, “Milli Taxi” MMC 40 min manat cərimələnib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərən  şirkətin cərimələnməsi üçün protokol yazılaraq məhkəməyə təqdim edilib.

Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsinə əsasən təyin edilmiş 40 min manatlıq cəriməni qüvvədə saxlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031