qanunedalet.com.az
http://qanunedalet.com.az

Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi

Dünən, 20:31

xocalida-17-yasli-oglanin-elinde-qumbara-partladi

Xocalı rayonunda hərbi sursat partlayıb.
Bu barədə Baş Prokurorluq, DİN və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində bu gün Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlunun əlində əl qumbarası partlayıb. Belə ki, qumbaranın partladıcı mexanizminin partlaması nəticəsində 17 yaşlı şəxs sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031