Mayora hücum edən idmançıların həbsi uzadıldı
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidən uzadılıb.
Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb.
Hakim yeni sübutların toplanması üçün təqdimatı təmin edib. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti daha 1 ay 5 gün uzadılıb.
Qeyd edək ki, təqsirləndirilənlərlə zərərçəkmiş Fuad Zeynalov arasında artıq barışıq əldə olunub. İdmançılara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, bu il yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədərək Fuad Zeynalova hücum etmişdilər.