Kamal Ələkbərov qanunları necə tapdalayır? - Kəngərli rayonunda Azərbaycan bayrağına hörmətsizlik VİDEO
Azərbaycanın ən qədim tarixə malik və ən böyük qəsəbələrindən olan Qıvraq qəsəbəsi mərkəz olaraq Kəngərli rayonu 2004-cü il martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Qanununu imzalaması ilə yaradılıb. Lakin bu rayon yaradılan gündən problemlər bitib tükənmir.
Rayona 2015-ci ilin 31 avqust tarixindən icra başçısı təyin edilən Kamal Ələkbərov işlədiyi dövr ərzində elə bir ciddi işlərlə diqqət mərkəzində olmayıb. Kamal Ələkbərov icra başçısı işlədiyi 10 il ərzində yalnız öz ənənlərinə sadiq qalıb. Rayon mərkəzində yalnız təmir adı ilə işlər görülüb. Kamal Ələkbərovun gözü qarşısında inşa edilən Bayraq Meydanı icra hakimiyyətinin yaxınlığındadır. Amma nədənsə hər gün öz kabinetindən bayrağa baxan icra başçısı çırılmış, çirk içərisində olan Azərbaycan bayrağını görmür. Bu Azərbaycan bayrağına bir məmurun göstərdiyi həqarətdir.
Naxçıvandan Türkiyəyə yol alan əsas magistral yolun kənarında yerləşən Bayraq Meydanını hər gün yüzlərlə avtomobil keçir. Yerli sakinlərin bayrağı dəyişdirilməsi üçün etdikləri şikayət də öz nəticəsini verməyib. İcra başçısı nədənsə bu bayrağı yeniləməyə tələsmir. Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbovun zamanında yəqin ki, Kamal Ələkbərov bu cəsarəti nümayiş etdirə bilməzdi. Yəqin ki, o zaman Vasif Talıbov bu icra başçısını başqa cür cəzalandırardı. Görünən isə odur ki, Kamal Ələkbərov bu əməli ilə dövlətə və dövlətçiliyə meydan oxuyur. Vasif Talıbovun dövründə hər həftə iməcliklər təşkil edilər, yol kənarları, küçələr təmizlənərdi. Bu gün Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsi zibillik içərisindədir . Yol kənarları isə cəngəllikləri xatırladır. İcra hakimiyyətinin saytı işləmir. İcra hakimiyyətinin saytında qeyd edilən əlaqə nömrələri isə zənglərə cavab vermir. Bu isə o deməkdir ki, icra başçısı Kamal Ələkbərov yerində deyil.
Veteninfo.az