qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu ərazilərə yağış yağır, külək əsir - Faktiki hava

8-04-2025, 18:43

bu-erazilere-yagis-yagir-kulek-esir

Aprelin 8-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 8-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Belə ki, Şərur, Ceyrançöl, Şəmkir, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Balakən, Qax, Zaqatala və Ağstafada arabir yağış yağır.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Goranboyda 27, Mingəçevir, Ağdam, Tərtər və Bərdədə 20, Naftalan və Yardımlıda 18, Kəlbəcər və Zəngilanda 17, Yevlax və Culfada 15, Xaltanda 14 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 26, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930