qanunedalet.com.az
http://qanunedalet.com.az

Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR – ŞİKAYƏT/FOTO

11-02-2025, 20:32

Beyləqan-Daşburun avtomobil yolunun kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti aparılır.

“Yeni Çağ”ın redaksiyasına daxil olan məlumata görə, ümumi sahəsi 2 min kvadrat metrdən çox olan obyektin inşası üçün müvafiq dövlət qurumlarından – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyindən heç bir icazə alınmayıb.

Şikayətçilərin sözlərinə görə, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir, ancaq Beyləqan-Daşburun avtomobil yolunun kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına, ümumiyyətlə, riayət olunmur. Apardığımız araşdırmalardan da məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında həmin obyekt barədə heç bir qeyd yoxdur.

Bununla belə, müvafiq icazəsi olmayan və tikintisi sürətlə davam edən obyektlə bağlı aidiyyəti qurumların hələ də heç bir tədbir görməməsi ciddi suallar yaradır.

Qeyd edək ki, obyekt Beyləqan rayonunda müvəqqəti məskunlaşmış, Füzuli rayon sakini, sahibkar Nərimanov Malik Abduləli oğlu tərəfindən tikilir. Sözügedən tikilinin qəssabxanalar üçün ət kəsimi mərkəzi olacağı bildirilir.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728