qanunedalet.com.az
http://qanunedalet.com.az

Qubadlıda yük maşını aşdı, sürücü köməksiz qaldı

9-01-2025, 19:16

qubadlida-yuk-masini-asdi-surucu-komeksiz-qaldi

Qubadlı rayonunun Hal kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə köməksiz vəziyyətdə qalıb.

FHN-dən “Qafqazinfo”ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidməti Qubadlı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İVECO” markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb və müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü Rəhimli Kənan Səyyad oğlunu çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031