qanunedalet.com.az
http://qanunedalet.com.az

Nigar Rüfət tibb işçisi deyilmiş - Rəsmi

7-11-2024, 18:29

nigar-rufet-tibb-iscisi-deyilmis


Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində özünü estetik cərrah kimi təqdim edən bir neçə həkimin bu icazəsinin olmadığı üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda “Laser Beauty Clinik” klinikasında həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb.

Bildirilib ki, bu klinikanın həkimlərindən biri Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçməyib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Clinic” adlı müəssisədə aparılan yoxlamalar zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati  xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.

Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi müəyyən edilib və “Lazer Beauty Clinic” adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib.

Qeyd edək ki, N.Rüfət özünü həkim-kosmetoloq kimi təqdim edərək yüzlərlə prosedur icra edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930