Professorun qəzada ölməsi ilə bağlı cinayət işi başlanıldı

Professor Nəsiman Yaqublunun qəzada ölməsi ilə bağlı cinayət işi başlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, Cəbrayıl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə istintaq aparılır.
Hadisə mərhum professor Zəngilandan qayıdarkən, Cəbrayıl rayonunun Nüzgar kəndi ərazisində qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: