qanunedalet.com.az
http://qanunedalet.com.az

Türkiyədə də meymunçiçəyi virusu aşkarlanıb?

16-08-2024, 20:23

turkiyede-de-meymunciceyi-virusu-askarlanib

Türkiyənin Sakarya əyalətində bir nəfərin meymunçiçəyi virusuna yoluxma şübhəsi ilə karantinə alındığı barədə məlumatlar yayılıb. Həmin şəxsin Seneqal vətəndaşı olduğu bildirilib.

“Qafqazinfo” “İHA”ya istinadən xəbər verir ki, əyalətin Səhiyyə İdarəsi sözügedən məsələ ilə bağlı açıqlama yayıb.
Qeyd olunub ki, Seneqal vətəndaşı olan qadın bədənində yaranan ləkələr səbəbindən Sakaryada xəstəxanaya müraciət edib. Aparılan araşdırmalardan sonra məlum olub ki, qadın qırmızı qurd eşənəyi (Lupus) xəstəliyindən əziyyət çəkir və əlamətləri meymunçiçəyi virusu ilə əlaqəli deyil. 

Xatırladaq ki, hazırda bir neçə Afrika ölkəsində meymunçiçəyi virusunun yayılması müşahidə edilir. Bununla yanaşı, İsveçdə sözügedən virusun mutasiyasına ilk yoluxma halı, eləcə də Pakistanda bu il üzrə ilk yoluxma faktı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus virusun yayılmasının beynəlxalq səhiyyədə fövqəladə vəziyyət olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728