qanunedalet.com.az
http://qanunedalet.com.az

Bakıda ana və qızını avtomobil vurub, vəziyyətləri ağırdır

4-06-2024, 10:51

Bakıda ana və qızını avtomobil vurub, vəziyyətləri ağırdır



Bakının Xəzər rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Qala qəsəbəsində "Stansiya" adı ilə tanınan ərazidə qeydə alınıb. Yolu keçmək istəyən ana və azyaşlı qızını minik avtomobili vurub. Ağır xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 16:57 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən piyadavurma səbəbilə çağırış daxil olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 33 yaşlı şəxs (cinsi qadın) qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Digər xəsarət alan 9 yaşlı şəxs (cinsi qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728