qanunedalet.com.az
http://qanunedalet.com.az

Naxçıvanda narkotik satışı ilə bağlı 2 nəfər saxlanılıb

22-04-2024, 21:32

Naxçıvanda narkotik satışı ilə bağlı 2 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini 1977-ci il təvəllüdlü Şahin Əliyev, Şərur rayon sakini 1996-ci il təvəllüdlü Nurel İbrahimov müəyyən edilərək saxlanılıb.
Şahin Əliyevin evinə baxış zamanı narkotik və psixotrop maddə olan metamfetamin həmçinin 20 ədəd satışı qadağan olunan “Preqabalin” həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728