qanunedalet.com.az
http://qanunedalet.com.az

Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı AÇIQLANIB

15-04-2024, 19:48

Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı AÇIQLANIB

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik(08.04.2024 - 14.04.2024) barədə məlumat yayıb.

ANAMA-dan  verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 5 tank əleyhinə mina, 725 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 476,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, azad olunan ərazilərdə 2024-cü il 1-7 aprel aralığında 10 tank əleyhinə mina, 47 piyada əleyhinə mina, 718 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1576 hektar ərazi minalardan təmizlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728